Cümə, 16 Yanvar, 2026
Tarix: 18 Aug 2024 18:48
Xaçmaz-Niyazabad kənd yolunda minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
APA-nın Şimal bürosu xəbər verir ki, "Toyota Prado" markalı avtomobil qarşıdan gələn "VAZ 21 07"-yə çırpılıb.
Hadisə zamanı Xaçmaz rayon sakinləri 1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə və Bakı sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə xəsarətlər alıb.
Onlar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda fakt araşdırılır.
