Cəlilabadda dəmir hasarın cərəyan keçirməsi nəticəsində heyvanlar tələf olub

Tarix: 19 Aug 2024 10:52

Cəlilabadda xırdabuynuzlu heyvanları cərəyan vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində baş verib. Saleh Feyzi oğlu Fərzullayevə məxsus iki baş xırdabuynuzlu heyvan dəmir arakəsmədən keçərkən, onları elektrik cərəyanı vurub və hər ikisi tələf olub.

Əraziyə gələn aidiyyəti orqanların əməkdaşları elektrik xətlərini ayırıblar.

Fakt araşdırılır.

Xəbər Lenti