Cümə, 16 Yanvar, 2026
Tarix: 20 Aug 2024 11:52
Qusarda ötən gün meyiti tapılan 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, o, öz arzusu əsasında vəzifəsindən azad olunub.
***
19 avqust, 21.56
Qusar rayonu ərazisində üzərində güllə yaraları olan kişi meyiti tapılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, meyiti aşkarlanan şəxsin 43 yaşlı R.Əhmədov olduğu müəyyənləşib.
Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda fakt araşdırılır.