Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə ölüb

Tarix: 08.09.2024 11:26

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti