- Çərşənbə axşamı, 10 Dekabr, 2024
Tarix: 15.11.2024 11:56
Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib.
APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var:
“Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.