Bazar, 11 Oktyabr, 2026
Tarix: 10 Oct 2026 23:29
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanı atəşkəsə razı salmaq üçün Moskvaya böyük iqtisadi güzəştlər təklif etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, təkliflər arasında Qərbdə dondurulmuş Rusiya suveren aktivlərinin blokdan çıxarılması, “Lukoyl” şirkətinin xaricdəki aktivlərinin satışına icazə verilməsi və Belarusdan kalium gübrələrinin ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması yer alıb.
Bildirilir ki, ABŞ Rusiya aktivlərinin razılaşmaların icrasından əvvəl qaytarılması variantını da nəzərdən keçirib. Təkliflər Ukrayna rəsmilərini təəccübləndirib.
Kiyev mümkün razılaşmaların pozulacağı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin görülməsinə və Ukraynaya zəmanətlərin verilməsinə imkan yaradan mexanizmlər təklif edib.
ABŞ Ukrayna Rusiya TrampMənbə: apa.az