Tramp: Məncə, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb

Tramp: Məncə, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb

Tarix: 10 Oct 2026 21:25

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib və Ukraynanın yeni lider seçməsinin vaxtının çatdığını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbəti zamanı danışıb.

Tramp Ukraynanın münaqişəni dayandırmaq üçün çoxsaylı imkanlarının olduğunu, lakin Zelenskinin bu imkanlardan istifadə etmədiyini deyib.

“Ukraynanın razılaşma əldə edə biləcək yeni liderinin olmasını təklif edirəm. Nədənsə, Zelenski heç vaxt razılaşma əldə etmir. Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”, - Tramp bildirib.

ABŞ Prezidenti Rusiyanın neft emalı zavodlarına endirilən zərbələri də tənqid edib. Onun sözlərinə görə, Vaşinqton Kiyevdən dizel yanacağına toxunmamağı xahiş edib.

Tramp daha əvvəl də Moskva ilə dizel yanacağının tədarükü məsələsində əldə olunan razılaşmalar fonunda Ukraynanın Rusiyanın neft infrastrukturuna hücumlarından narazılığını ifadə edib.

ABŞ Tramp Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti