İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb

İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb

Tarix: 10 Oct 2026 20:35

İsrail ordusu Qəzza zolağının Xan Yunis bölgəsinə endirdiyi iki ayrı zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının bölük komandiri Məhəmməd Əbu Şalufu və HAMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı dəstəsinin üzvü Musa Atef Əbu Danı öldürdüyünü açıqlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Məhəmməd Əbu Şaluf 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olub. Ordunun iddiasına əsasən, hər iki şəxs son vaxtlar İsrail hərbçilərinə hücumlar edib və silahlı qruplaşmaların döyüş qabiliyyətini bərpa etməyə çalışıb.

İsrail tərəfi bunu atəşkəs razılaşmasının sistematik şəkildə pozulması kimi qiymətləndirib.

İsrail

Mənbə: apa.az

Xəbər Lenti