Şənbə, 10 Oktyabr, 2026
Tarix: 10 Oct 2026 15:49
2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.
APA xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib.
“Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”, - deyə o qeyd edib.
Mənbə: apa.az