Şənbə, 10 Oktyabr, 2026
Tarix: 10 Oct 2026 13:50
Rospotrebnadzor Gürcüstanda istehsal olunan "Nabeglavi" mineral suyunun və "Coca-cola" idxalını qadağan edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rospotrebnadzor-un yaydığı sənədə əsasən, Avrasiya İqtisadi Komissiyası Şurasının qərarına uyğun olaraq, orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik göstəriciləri üzrə müəyyən edilmiş tələblərə cavab verməyən məhsulların ölkəyə idxalının və utilizasiyasının dayandırılması üçün müvəqqəti sanitariya tədbiri tətbiq edilib.
Rusiyanın Gürcüstandan "Nabeglavi" mineral suyu və "Coca-cola" ilə yanaşı bir sıra şərab markalarının da idxalına qadağa qoyub.
Fərid ƏkbərovMənbə: apa.az