Cümə, 14 Mart, 2025
Tarix: 14.03.2025 11:58
Sumqayıtda 3 gün əvvəl avtobusla vurulan qadın ölüb.
APA xəbər verir ki, 1949-cu il təvəllüdlü Səringül Həsənova bu gün səhər xəstəxanada vəfat edib.
Hadisə martın 11-də şəhərin Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada 1949-cu il təvəllüdlü Həsənova Səringül Hüseyin qızını “İsuzu” markalı avtobus vurub.
Fakt araşdırılır.