- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 19.12.2023 23:03
Türkiyə Super Liqasının XVII həfətəsində oynanılan "İstanbulspor"-"Trabzonspor" matçı yarımçıq qalıb.
APA xəbər verir ki, İstanbul təmsilçisi ikinci hissədə oyunu tərk edib.
Buna səbəb istanbulluların oyunun 67-ci dəqiqəsində cərimə zərbəsi gözləntisi olub.
Hakim həmin epizoda davam işarəsi verib. Həmin epizodun ardınca "Trabzonspor"un qol vurması (2-1) gözlənilməz hadisənin yaşanmasına səbəb olub.
İstanbul təmsilçisinin prezidenti 74-cü dəqiqədə oyunçulara stadionu tərk etmək barədə göstəriş verib.