Vayra Vike-Frayberqa: İqlim dəyişmələri qadınları böyük risk altında qoyur

Tarix: 15 Mar 2025 11:55

İqlim dəyişmələri qadınları böyük risk altında qoyur.

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Gender - Təhlükəsizlik - İqlim Bağlantısı" adlı paneldə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib.

O qeyd edib ki, COP29-da da bu məsələlərə toxunulub.

“Dünyada baş verən hadisələr, xüsusən iqlim dəyişikliyi problemləri qadınları daha çox riskə məruz qoyur və bu problemlərin həlli hələ ki sual altındadır”, - sabiq Prezident vurğulayıb.

Vayra Vike-Frayberqa ABŞ Prezidenti Donald Trampın bu məsələyə laqeyd yanaşdığını əlavə edib: “Tramp iqlim məsələləri ilə mübarizənin “pul tələsi” olduğunu iddia edir, amma bu, çox ciddi problemdir”.

Xəbər Lenti