Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb - YENİLƏNİB

Tarix: 23.03.2025 11:42

Dünən saat 14:20 radlələrində 2022-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.

Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub. Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

***

22 mart, saat - 23:01

Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.

APA xəbər verir ki, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.

Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.

O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti