Gəncədə yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 04 Apr 2025 11:56

Aprelin 3-də saat 23:40 radələlərində 3 nəfər (1 kişi cinsli, 2 qadın cinsli) təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, 2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. Ona başın çapılmış yarası diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

2 nəfər isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1999-cu il təvəllüdlü şəxsə (qadın cinsli) sağ göz altının hematoması diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Alın nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilən 1993-cü il təvəllüdlü şəxsə (kişi cinsli) zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.

***

00.15

Gəncdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alnıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində 1973-cü il təvəllüdlü Talıb Cabbarov hadisə yerində ölüb.

Hadisə zamanı 1999-cu il təvəllüdlü Z. Hüseynova, 1993-cü il təvəllüdlü M. Hüseynov və 2006-cı il təvəllüdlü G. Cabbarova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti