Azərbaycan tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıb

Tarix: 27 Sep 2025 11:42

Azərbaycanın həm qadın, həm də kişi stolüstü tennis yığmaları III MDB Oyunlarında komanda yarışlarını gümüş medalla başa vurub.

Apasport.az xəbər verir ki, final görüşündə Rusiya ilə qarşılaşan qızlardan ibarət yığma – Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova 0:2 hesabı ilə uduzaraq ikinci yerlə kifayətlənib.

Eyni nəticə kişilərdən ibarət milli komandamızın da payına düşüb.

Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılı finalda Rusiya kollektivinə 0:2 hesabı ilə məğlub olaraq gümüş medala sahib olublar.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Xəbər Lenti