Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 22:16
Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) ise Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
21:41
Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnənin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1998-ci il təvəllüdlü A. Oruci, 1997-ci il təvəllüdlü V. Məmmədov, 1980-ci il təvəllüdlü S. Məmmədova, 2018-ci il təvəllüdlü D. Fətullayeva və 1968-ci il təvəllüdlü H. Fətullayeva xəsarət alıblar.
***
19:19
Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Milli Yaylaq Festivalının keçirildiyi Xan Yurdu adlanan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib. Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır.
Fuad Nazimoğlu Göygöl milli yaylaq festivalı






Mənbə: apa.az