Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 19:02
ABŞ-də aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev Donald Trampın fotosunu “Xatırladırıq: Tramp hələ də sizin prezidentinizdir” yazısı ilə yayımlayıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin Kommunikasiyalar üzrə direktoru Stiven Çunq da sosial şəbəkədə paylaşım edib.
Paylaşımlar Demokratların Konqresdə üstünlük qazanmasından sonra yayımlanıb.
Seçkilərin nəticələri Demokratlara qanunvericilik prosesində və prezident administrasiyasına nəzarətdə daha geniş imkanlar yaradır. Bununla belə, Konqresdəki qüvvələr nisbətinin dəyişməsi Trampın prezident səlahiyyətlərinə xitam vermir.
İlqar Xudiyev Ağ Ev ABŞ konqresə seçkilər TrampMənbə: apa.az