Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 16:55
“Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanda hakim partiya demokratik prinsiplərə, qanunun aliliyinə və fundamental hüquqlara qarşı davamlı hücumlar vasitəsilə ölkənin Avropa yoluna zərbə vurmaqda davam edir.
Komissar qeyd edib ki, Gürcüstanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan məkan daha da məhdudlaşıb.
“Vəziyyəti dəyişmək və yeni mərhələyə başlamaq məsuliyyəti tam olaraq Gürcüstan hakimiyyətinin üzərinə düşür”, - deyə Marta Kos əlavə edib.
Cəmilə Babayeva Avropa İttifaqı GürcüstanMənbə: apa.az