Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 18:31
Ucarda yol qəzası olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü T.Muradlının idarə etdiyi "Toyoto Corolla" markalı avtomobil idarəetmədən çıxaraq rayonun giriş hissəsində yol kənarında "Ucar rayonu" yazılmış lövhəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Zahid Abışov Ucar yol qəza xəsarət
Mənbə: apa.az