ABŞ G20-də Lavrovu müşayiət edəcək jurnalistlərə hərəkət məhdudiyyəti olmayan viza verib

ABŞ G20-də Lavrovu müşayiət edəcək jurnalistlərə hərəkət məhdudiyyəti olmayan viza verib

Tarix: 29 Oct 2026 11:33

ABŞ G20 Xarici İşlər Nazirləri Şurasının iclası üçün Atlantaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovu müşayiət edəcək jurnalistlərə viza verib.

APA-nın Moskva bürosu xəbər verir ki, rusiyalı jurnalistlər hərəkət məhdudiyyəti olmayan ABŞ vizaları alıblar.

Qeyd edək ki, G20 ölkələrinin XİN başçılarının görüşü oktyabrın 30-31-də ABŞ-də keçiriləcək. İclasda Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edəcək.

Fərid Əkbərov Lavrov G20

Mənbə: apa.az

Xəbər Lenti