AMB Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

AMB Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Tarix: 29 Oct 2026 11:23

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) 1,3%, gələn il isə 2,4% artacağını proqnozlaşdırır.

“APA-Economics” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il üzrə iqtisadi artım proqnozuna artım istiqamətində yenidən baxılıb.

AMB sədri qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə artımın 2026-cı ildə 2,8%, 2027-ci ildə isə 4,3% olacağı gözlənilir.

Taleh Kazımov qeyri-neft-qaz sektorunda iqtisadi artımı dəstəkləyən sahələr sırasında turizm, ticarət, nəqliyyat və digər sektorları göstərib.

Rahim Tarıverdiyev Taleh Kazımov AMB iqtisadi artım

Mənbə: apa.az

Xəbər Lenti