Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 11:18
Bu ilin oktyabr ayında keçirilən yeddi valyuta hərracının beşində tələb qeydə alınmayıb. Digər iki hərracda isə tələb cəmi 4,5 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il qeyri-nağd valyuta bazarında bir hərraca düşən orta təklif 70 milyon dollar olduğu halda, orta tələb cəmi 15 milyon dollar təşkil edib.
AMB sədri nağd valyuta bazarında da təklifin tələbi üstələdiyini qeyd edib. Doqquz ayda mübadilə məntəqələrinin müştərilərdən valyuta alışı satışını 759 milyon dollar üstələyib.
Taleh Kazımov bildirib ki, bank sektorunda dedollarlaşma prosesi də davam edir. Son 12 ayda rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalaraq 25,7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7 faiz bəndi azalaraq 54,6%-ə enib.
Onun sözlərinə görə, valyuta bazarında bu amillər fonunda AMB alışyönlü müdaxilələr həyata keçirib. Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard dollara çataraq tarixi maksimuma yüksəlib.
Rahim Tarıverdiyev AMB valyuta hərrac dollar avroMənbə: apa.az