Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 11:11
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dollarına çatıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
AMB sədri qeyd edib ki, beynəlxalq təcrübədə bu göstəricinin üç ay səviyyəsində olması yetərli hesab edilir. Azərbaycanın ehtiyatları isə geniş pul kütləsini 3,4 dəfə üstələyir.
Taleh Kazımov xarici sektor göstəricilərinin də ölkə üçün əlverişli olduğunu bildirib. Gömrük statistikasına əsasən, xarici ticarət balansının müsbət saldosu 10,5 milyard dollar təşkil edib.
Rahim Tarıverdiyev Taleh Kazımov AMB valyuta bazarı hərrac dollarMənbə: apa.az