Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 11:39
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”, – paylaşımda qeyd olunub.
https://x.com/AzerbaijanMFA/status/2115709525424808006Firuzə Vahid Xarici İşlər Nazirliyi XİN Türkiyə
Mənbə: apa.az