Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatıb - YENİLƏNİB

Tarix: 15.10.2025 11:44

Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan bildirib.

O qeyd edib ki, Araqatsotn yeparxiyasının 6 nümayəndəsi saxlanılıb.

Keşiş Paren Arakelyandan əlavə daha 5 keşiş və bir neçə mülki şəxs Ermənistan İstintaq Komitəsindədir.

***

11:02

Ermənistanda Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin (Ktriç Nersisyan) qohumu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, yepiskop istintaq idarəsinə aparılıb.

Həmçinin, Sağmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan həbs edilib.