SEPAH-ın ali rütbəli sabiq rəsmisi ölüb

Tarix: 16 Oct 2025 11:58

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş rəhbər şəxslərindən biri, Bəsic Müqavimət Qüvvələrinin sabiq komandanı Əlireza Əfşar ölüb.

APA İran mediasına istinadən xəbər verir ki, o ürək tutmasından ölüb.

Qeyd edək ki, Əlireza Əfşar 1980-1988-ci illərdə İran-İraq müharibəsinda SEPAH komandirlərindən biri olub.

O həm də, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirən tələbələr sırasında olub.

Xəbər Lenti