Cümə, 16 Yanvar, 2026
Tarix: 18 Oct 2025 11:54
Bakıda idman zalında 35 yaşlı kişi insult vurması nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Nərimanov rayonunda baş verib.
Məlumata görə, N.Tusi küçəsində yerləşən idman zalından Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə insult diaqnozu ilə xəstəxanaya aparılarkən Təbriz küçəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.