, 19 Oktyabr, 2025
Tarix: 19.10.2025 10:11
Amerikalı rok qrupu “Limp Bizkit”-in gitaraçısı Sem Rivers 48 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə qrup öz “Instagram” səhifəsində paylaşım edib.
“Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə, bas gitarist deyildi, o, sehrin özü idi”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub. “Limp Bizkit”-in dünyada 40 milyon ədəddən çox albomu satılıb.