İran, Rusiya və Çin AEBA direktorunun hesabatvermə funksiyasını qüvvədən düşmüş hesab edir

Tarix: 25.10.2025 11:12

İran, Rusiya və Çin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə birgə məktubda BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin başa çatdığını xatırladaraq vurğulayıblar ki, bu müddətin bitməsi ilə əlaqədar olaraq, AEBA-nın baş direktorunun qətnamə çərçivəsində yoxlama və nəzarətə dair hesabatvermə funksiyası da qüvvədən düşmüş sayılır.

APA İran mediasına istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi sözügedən qətnamənin 18 oktyabr tarixində öz qanuni qüvvəsini itirdiyini bəyan edib.

Xəbər Lenti