Bazar ertəsi, 27 Oktyabr, 2025
Tarix: 27.10.2025 11:46
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 5 noyabrda Moskvada MDB Təhlükəsizlik Şuraları Katiblərinin iclasında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, bu, Ermənistan Təhlükəsizlik Şurasının katibinin son üç ildən sonra MDB çərçivəsində keçirilən tədbirə ilk səfəridir.
Səfər zamanı ona katibin müşaviri Anait Poqosyan və köməkçi Sevak Kaqramanyan müşayiət edəcəklər. Nümayəndə heyətinin göndərilməsi barədə qərarı Baş nazir Nikol Paşinyan imzalayıb.