Cümə axşamı, 13 Noyabr, 2025
Tarix: 13.11.2025 11:53
Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, ən vacib məsələlərdən biri infrastruktur quruculuğu ilə bağlıdır: “2003-2025-ci illərdə 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təçmir edilib. 2025-ci ildə 47 məktəb binasının bərpası başa çatdırılıb”.