Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB

Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB

Tarix: 17 Nov 2025 11:44

Lənkəranda yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri olduğu məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gün yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb.

Həmin şəxslərin fermada gözətçi işlədikləri bildirilir.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

***

16 noyabr, 16.17

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti