, 18 Yanvar, 2026
Tarix: 18 Nov 2025 11:44
ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonas Gürcüstana səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-nın Gürcüstandakı səfirliyindən bildirilib.
“Bu gün səhər Askonas əsasən ABŞ-nın dəstəyi ilə inşa və təchiz edilmiş Sadaxlı gömrük-keçid məntəqəsinə baş çəkib. O, səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyi və hökuməti nümayəndələri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə də görüşəcək”, - məlumatda deyilir.
Məlumata əsasən, Askonasın səfəri Gürcüstanın “Tramp marşrutu”nu necə dəstəkləyə biləcəyini müzakirə etmək məqsədi daşıyır.