Çərşənbə, 19 Noyabr, 2025
Tarix: 19.11.2025 11:51
Rusiya gələn ilin mart ayından etibarən səmada dronları müəyyən etməyə başlayacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Vitali Savelyev "Rossiya 24"ə müsahibəsində bildirib.
O, PUA-ların müəyyən edilməsi üçün ERA və QLOMASS sistemlərindən istifadə olunacağını söyləyib.
"Gələn ilin mart ayından etibarən səmada dronları müəyyən etməyə başlayacağıq ki, bu da insanların və şirkətlərin səmada hansı növ dron olduğunu başa düşmələri üçün çox vacibdir. Biz bunu ERA və QLONASS sistemlərindən istifadə edərək edəcəyik", - Rusiya Baş nazirinin müavini vurğulayıb.