Havay adalarında yenidən vulkan püskürüb

Tarix: 23.11.2025 11:03

Havay adalarında Kilauea vulkanı yenidən püskürüb.

APA xəbər verir ki, bu haqda ABŞ Geologiya Xidməti məlumat yayıb.

Hələlik vulkandan axan lavalar yaşayış məntəqələrini təhdid etmir.

Kilauea Havay adalarında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri sayılır. Bundan əvvəl vulkan bu il avqustun 24-də püskürüb.

2024-cü ilin dekabrından indiyədək 35 püskürmə qeydə alınıb.

Xəbər Lenti