Bazar ertəsi, 24 Noyabr, 2025
Tarix: 24.11.2025 11:56
Baltik dənizində, Finlandiya və Estoniyanın ərazi sularında NATO-nun “Freezing Winds 25” hərbi-dəniz təlimləri start götürüb.
APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dekabrın 4-dək davam edəcək təlimlərdə Belçika, Danimarka, Almaniya, Latviya, Litva, Niderland, Polşa, ABŞ, Fransa və Estoniyaya məxsus ümumilikdə 20 hərbi və dəstək gəmisi, eləcə də NATO-nun minaəleyhinə SNMCMG1 qrupu iştirak edir. Təlimlərə ümumilikdə 5 minə yaxın hərbçi cəlb olunub.
Nazirliyin açıqlamasına görə, manevrlərin əsas məqsədi dəniz kommunikasiya xətlərinin və kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsidir.