Peskov: Moskva Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almayıb

Tarix: 25.11.2025 11:57

Kreml Rusiya və ABŞ nümayəndələri arasında Əbu-Dabidəki görüş barədə məlumatları izləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Kreml rəsmisi görüş barədə məlumatları izlədiklərini, lakin hələlik heç bir yeniliyin olmadığını söyləyib.

Peskov bildirib ki, Rusiya Ukrayna ilə bağlı Amerika planını substantiv hesab edir.

Prezidentin mətbuat katibi qeyd edib ki, avropalılar olmadan təhlükəsizlik arxitekturasını müzakirə etmək mümkün deyil, onlara hansısa mərhələdə ehtiyac olacaq.

Kremlin sözçüsü ABŞ və Ukraynanın Trampın sülh planının layihəsi üzərində işlədiklərini, Rusiyaya bu planın layihəsinin təqdim oldunduğunu əlavə edib. Vurğulayıb ki, bu plan əsasən Ankoric sammitinin ruhuna uyğundur.

O, Moskvanın Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almadığını qeyd edib.

Xəbər Lenti