Almaniyada gənclər məcburi hərbi xidmətin bərpasına qarşı etirazlara çıxıb

Tarix: 05 Dec 2025 20:51

Almaniyada məktəblilər və tələbələr məcburi hərbi xidmətin bərpasına etiraz olaraq 90 şəhərdə kütləvi aksiyalar keçiriblər.

APA xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Nəşrin məlumatına görə, Berlin şəhərində aksiyalarda bir neçə min iştirakçının olması gözlənilir.

Bəzi etirazçılar bildiriblər ki, hazırkı vəziyyət onlara Birinci və İkinci dünya müharibələrindən əvvəlki atmosferi xatırladır.

Xəbər Lenti