, 18 Yanvar, 2026
Tarix: 06 Dec 2025 01:10
Amerikalı dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib. APA xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində ölüb. Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.
Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılır və dekonstruktivizm cərəyanının əsas memarlarından hesab olunur. O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülmüşdü.
Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.