Cənubi Afrikada hostelə silahlı hücum olub, 10 nəfər ölüb

Cənubi Afrikada hostelə silahlı hücum olub, 10 nəfər ölüb

Tarix: 06 Dec 2025 13:14

Cənubi Afrikanın paytaxtı Pretoriada silahlı hücum baş verib.

APA Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, naməlum silahlıların hostellərin birinə qəfil hücumu nəticəsində 3 yaşlı uşaq da daxil olmaqla, 10 nəfər ölüb.

Yerli polis xəsarət alanların sayının 14 nəfər olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Toğrul Quluzadə Cənubi Afrika hostel silahlı hücum

Mənbə: apa.az

Xəbər Lenti