, 18 Yanvar, 2026
Tarix: 06 Dec 2025 15:12
"Gürcüstanın Daxili İşlər Nazirliyi kamit adlandırılan maddəni heç zaman əldə etməyib".
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
İstintaqla müəyyən edilib ki, 2024-cü ilin dekabrın 4-dən 5-nə keçən gecə kütləvi iğtişaşların qarşısının alınması üçün xlorbenzilidin malonitril tətbiq olunub, həlledici kimi isə propilenqlikoldan istifadə olunub.
"Qeyd olunan maddələrdən heç biri qadağan olunmuşlar kateqoriyasına aid deyil", - məlumatda deyilir.
Bildirilib ki, şahid qismində BBC telekanalının Tbilisidə aksiyalar zamanı təhlükəli kimyəvi maddələrin tətbiqi haqqında süjetinin əsaslandığı məlumatlar təqdim etmiş şəxslər dindirilib. Ddindirilmə zamanı həmin şəxslər onların gəldikləri nəticələrin zəhərli kamit maddəsi ilə bağlı olduğunu inkar ediblər.
Qeyd edək ki, BBC-nin materialında ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Hakim Gürcü Arzusu partiyası telekanalı böhtana görə Beynəlxalq Ədalət Məhkəməsinə verməyi planlaşdırır, Gürcüstan DTX materialda yer alan məlumatlar üzrə dərhal istintaqa başlayıb.
Cəmilə Babayeva Gürcüstan DTX Tbilisidə etiraz qadağan olunan maddə