, 18 Yanvar, 2026
Tarix: 06 Dec 2025 22:52
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.
"Mən indicə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla Stiv Uitkoff və Cared Kuşnerlə uzun və məlumatlı telefon danışığı apardım. Çox məzmunlu və konstruktiv söhbətə görə minnətdaram", - Zelenski təfərrüatları açıqlamadan yazıb.
O, əlavə edib ki, ABŞ ilə danışıqlar üçün növbəti addımlar və formatlar barədə razılıq əldə olunub.