ABŞ Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni davam etdirəcək

Tarix: 07 Dec 2025 05:33

ABŞ Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni davam etdirmək niyyətindədir.

APA xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxış edərkən bildirib.

"Bu narko-terrorçular yarımkürəmizin Əl-Qaidəsidir və biz Əl-Qaidə ilə mübarizə apardığımız eyni incəlik və dəqiqliklə onlarla mübarizə aparırıq. Biz onları izləyirik, öldürürük və xalqımızı kimyəvi silahlara bərabər ölümcül təsirə malik narkotiklərlə zəhərlədikləri müddətcə onları öldürməyə davam edəcəyik", - müdafiə naziri bildirib.

Xəbər Lenti