, 18 Yanvar, 2026
Tarix: 08 Dec 2025 05:17
BMT Təhlükəsizlik Şurası 9 dekabr tarixində Ukrayna ilə bağlı açıq iclas təşkil edəcək. APA xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb. Qeyd edək ki, Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır.
Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib.