, 18 Yanvar, 2026
Tarix: 08 Dec 2025 17:34
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski Dauninq Stritə gəliblər, onları Böyük Britaniyanın Baş naziri Keir Starmer qarşılayıb.
APA BBC-yə istinadən xəbər verir ki, liderlər jurnalistlərin suallarına cavab vermədən binaya daxil olub.
Britaniya, Fransa və Almaniya liderləri Zelenski ilə Ağ Evin təklif etdiyi müharibənin sona çatması planı ilə əlaqədar Floridadakı Ukrayna və ABŞ danışıqlarının nəticələrini müzakirə etməyi planlaşdırırlar.
Böyük Britaniyanın Baş naziri Keir Starmer Fransa Prezidenti Emmanuel Makron Almaniya Kansleri Fridrix Merts Zelenski