- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 23.12.2023 18:31
Güclü külək Tovuzda futbol oyununu təxirə salıb.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarlnda başlayan güclü külək Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun dayanmasına səbəb olub. Oyun zamanı külək stadionun işıq dirəyini aşırıb. Nəticədə oyun dayanıb.
https://t.me/apa_az/79685Hazırda qeyri-sabit hava şəraiti davam edir.
Qeyd edək ki, bu gün Premyer Liqada ikinci dövrənin son turunun oyunu çərçivəsində ilk qarşılaşma Tovuz şəhərində olub. "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun "Turan Tovuz"un 2:1 üstünlüyü ilə yekunlaşmaq üzrə olsa da, 81-ci dəqiqəsində stadionun işıq dirəklərindən biri küləyin təsirindən aşıb.
Oyunun sabah 12:00-da qaldığı yerdən davam edəcəyi açıqlanıb.