, 18 Yanvar, 2026
Tarix: 08 Dec 2025 23:40
Ukrayna prezidenti Volodimir Zelenski Andrey Yermakın istefasından bəri ilk dəfə Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.
APA xəbər verir ki, UNİAN-a istinadən xəbər verir ki, namizədlər arasında Müdafiə naziri Denis Şmıqal və Rəqəmsal Transformasiya naziri Mixail Fyodorov da var.
Zelenski həmçinin əlavə edib ki, adıçəkilən şəxsləri bu vəzifəyə təyin etməzdən əvvəl Ali Rada onları hazırkı vəzifələrindən azad etməlidir.
Zelenski həmçinin qeyd edib ki, Rəqəmsal Transformasiya Nazirliyində Fyodorovun yerini kimin tuta biləcəyini bilmir.