Samuxda yeniyetmə dəm qazından boğularaq ölüb

Tarix: 09 Dec 2025 10:41

Samuxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü V.Hacıyev yaşadığı evin vanna otağında çimən zaman dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu dəm qaz dəm qazı ölüm

Xəbər Lenti