Cümə axşamı, 5 Noyabr, 2026
Tarix: 05 Nov 2026 13:40
İcbari tibbi sığorta fondunun sərbəst vəsaitləri yerli maliyyə bazarında investisiyaya yönəldilə bilməyəcək.
APA-nın xəbərinə görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icbari tibbi sığorta fondunun sərbəst vəsaitlərinin yerli maliyyə bazarında investisiyaya yönəldilə bilməsi imkanı aradan qaldırılır və ilin sonuna qalıq vəsaitinin növbəti illərin xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi təmin edilir.
Firuzə Vahid İTSF sərbəst vəsaitlər investisiyaMənbə: apa.az